29 
Mar
2020
16:56
310
45
3318
Virtual karabakh

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

29 Mar, 2020
16:56
3318

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.

Belə ki, martın 26-sı saat 23 radələrində Binəqədi rayonu ərazisində paytaxt sakini, 1995-ci il təvəllüdlü Teymur Məmmədov idarə etdiyi “Toyota” markalı 99-VА-966 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Həsən Paşayevi vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi, sürücünün isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaqla yol nəqliyyat hadisəsinin T.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, martın 28-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri