30 
Mar
2020
01:53
19
228
5013
yuxarı
Bakıda dörd avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
30 Mar, 2020
01:53
5013
19
228
Bakıda dörd avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Bakının Nərimanov rayonunda dörd minik avtomobili toqquşub.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Məhərrəm Qurbanov idarə etdiyi “Hyundai” markalı avtomobildə qəfil əyləcdən istifadə edib. Bu zaman Kənan Məmmədovun idarəetməsində olan “Opel” ona çırpılıb.
Hər iki sürücü qəzadan sonra avtomobildən düşərək nəqliyyat vasitələrinə baxan zaman “Mitsubishi” markalı avtomobil hər iki sürücünü vurub.
Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan “Toyota” “Mitsubishi”yə çırpılıb.
Xəsarət alan sürücülər 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək