30 
Mar
2020
11:41
13
375
12572
Virtual karabakh

“Araz” supermarketlər şəbəkəsindən qiymətlərlə bağlı AÇIQLAMA - VİDEO

30 Mar, 2020
11:41
12572

“Araz” supermarketlər şəbəkəsindən qiymətlərlə bağlı AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər hər kəs paytaxt ərazisində fəaliyyət göstərən ərzaq mağazalarında, supermarketlərdə qiymət artımı ilə bağlı paylaşım edir. Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi bir vaxtda bu məqam əhali arasında ciddi narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, bahalaşma ilə bağlı faktlardan biri Sulutəpədə yerləşən “Araz” minimarketdə müşahidə olunub.

“Araz” minimarketdən alış-veriş edən müştəri iddia edir ki, məhsulun üzərində əvvəlki tarixdə qeyd olunmuş qiymət var.

Belə ki, məhsulun üzərində iki qiymət olub. Əvvəlki qiymət 2,89 AZN göstərilsə də, üzərinə yapışdırılan ikinci qiymətdə “Səba” toyuq qanadının qiyməti 3,47 AZN göstərilib. Eyni zamanda, qırmızı mərciməyin də üzərindəki ilk qiymət 1,60 AZN, sonradan yapışdırılan qiymət isə 2,13 AZN olub.

Vətəndaşın iddiası ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölmə müdiri Billurə Əmirova Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sözügedən məhsullar daha əvvəl endirimdə olub:

“Abdullah Əzizov adlı müştəri Sulutəpədə yerləşən minimarket formatlı “Araz” mağazasında videoçəkiliş edərək, özünün sosial media hesabında paylaşıb. Videodan göründüyü kimi, iki adda məhsulun: paketlənmiş “Səba” qanad və qırmızı mərciməyin üzərində üst-üstə iki qiymət etiketi vurulub.

Məsələyə aydınlıq gətirmək üçün bildirmək istərdik ki, paketlənmiş “Səba” qanad məhsulu daha öncə xüsusi endirim kampaniyasına düşdüyündən, qiyməti aşağı endirilərək, 2,89 AZN təyin edilib. İki həftə davam edən endirim kampaniyası başa çatdıqdan sonra isə satış qiyməti əvvəlki dəyəri ilə uyğunlaşdırılaraq, 3,47 AZN müəyyən olunub.

Mağaza əməkdaşlarının səhlənkarlığı nəticəsində məhsulun üzərində olan endirimli qiymət etiketi çıxarılmadan yeni qiymət etiketi vurulub. Bu da öz növbəsində müştəridə və paylaşılan videoya münasibət bildirən “Facebook” istifadəçiləri arasında yanlış anlaşılmaya səbəb olub.

Digər məhsul isə qırmızı mərciməkdir. Videodan göründüyü kimi, məhsulun üzərində yenə də üst-üstə iki qiymət etiketi həkk olunub. Əvvəla, bildirmək istərdik ki, son günlər qırmızı mərciməyə tələbat artdığından, məhsulun alışında ciddi qiymət artımı olub. Adekvat olaraq, bu, məhsulun satış qiymətinə təsirini göstərir. Bu səbəbdən də, satış qiyməti dəyişib. Yenə də mağaza personalı qiymət etiketini dəyişərkən səhlənkarlığa yol verərək, köhnə etiketi qoparmadan məhsulun üzərinə yenisini həkk edib”.

B.Əmirova “Araz” supermarketlər şəbəkəsi olaraq, yaranmış vəziyyətdən təəssüfləndiklərini və bu kimi halların bir daha yaşanmaması üçün zəruri addımların atılacağını qeyd edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri