30 
Mar
2020
12:12
61
39
9492
Virtual karabakh

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

30 Mar, 2020
12:12
9492

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən, Dövlət İmtahan Mərkəzində (DİM) və onun regional bölmələrində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.

Hazırda vətəndaşların müraciətləri şənbə və bazar günləri istisna olmaqla, saat 10-dan 17-dək “1653” Çağrı Mərkəzi vasitəsilə cavablandırılır. 

Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılır. 

Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər. 

Regional bölmələr üzrə telefon nömrələri: 

Gəncə Regional Bölməsi, tel: (022) 256-50-67;  

Bərdə Regional Bölməsi, tel: (020) 205-01-86; 

Göyçay Regional Bölməsi, tel: (020) 274-66-74;  

Lənkəran Regional Bölməsi, tel: (025) 255-24-82; 

Şəki Regional Bölməsi, tel: (024) 244-66-14; 

Şəmkir Regional Bölməsi, tel: (+994) 55 214 97 00; 

Şirvan Regional Bölməsi, tel: (021) 215-15-23; 

Xaçmaz Regional Bölməsi, tel: (023) 325-01-21; 

Naxçıvan MR Regional Bölməsi, tel: (036) 544-04-02. 

Qeyd edək ki, bu günlər ərzində vətəndaşlar tərəfindən əsasən təxirə salınan imtahanların vaxtı ilə bağlı müraciətlər daxil olur. 

Bildirmək istəyirik ki, təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq, müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri