30 
Mar
2020
13:48
139
24
4564
Virtual karabakh

Daha bir imtahanın sınaq mərhələsi pulsuz oldu

30 Mar, 2020
13:48
4564

Daha bir imtahanın sınaq mərhələsi pulsuz oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (iki variant) iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib, günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. İmtahana buradan yazılmaq olar.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə otk.az-da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri