30 
Mar
2020
17:54
278
151
32518
Virtual karabakh

Azərbaycanda karantinə görə bağlanan ticarət mərkəzlərinə məhsullarını satmaq üçün şans verildi

30 Mar, 2020
17:54
32518

Azərbaycanda karantinə görə bağlanan ticarət mərkəzlərinə məhsullarını satmaq üçün şans verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

“Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir.

Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri