31 
Mar
2020
11:03
252
62
9366
Virtual karabakh

Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ

31 Mar, 2020
11:03
9366

Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozan daha üç nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar 30-31 mart tarixləri ərzində polis əməkdaşları Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla, 343 nəqliyyat vasitəsini geri qaytarıb.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan da 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla, 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. 

Analoji vəziyyət Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da müşahidə edilib. Belə ki, 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla, 202 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.      

19-31 mart tarixləri müddətində 8485 nəqliyyat vasitəsi rayon, 24-31 mart tarixləri ərzində isə 5751 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb.

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, üç nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə, bu günə qədər 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri