31 
Mar
2020
13:26
146
25
5168
Virtual karabakh

Bakıda oğurluqda şübhəli bilinən dayə tutuldu

31 Mar, 2020
13:26
5168

Bakıda oğurluqda şübhəli bilinən dayə tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Oxu.Az xəbər verir ki, martın 28-də Xətai Rayon Polis İdarəsinə (RPİ) rayonun “Sovxoz” küçəsində yerləşən evlərdən birindən naməlum şəraitdə üç min manat oğurlanması ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini - 1973-cü il təvəllüdlü S.Nəsirova saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, 47 yaşlı qadın oğurluq etdiyi evdə dayə kimi çalışırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri