31 
Mar
2020
15:41
265
93
5583
Virtual karabakh

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlandı - VİDEO

31 Mar, 2020
15:41
5583

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq, şəhər ərazisində həm xidməti avtomobillərlə əhaliyə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırır.

Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektləri müəyyən edilib. Sonuncu reyd zamanı iki bərbərxana, bir gözəllik salonu, bir ətir mağazası və bir kafe aşkarlanıb.

Aşkarlanan iaşə obyektlərinin sahiblərinə inzibati protokol tərtib edilərək, obyektin bağlanması təmin edilib.

Bundan başqa, davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq, futbol oynaması da müəyyən olunub. Polis əməkdaşları onlarla profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib. Bildirilib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri