31 
Mar
2020
14:40
133
70
23848
Virtual karabakh

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəklər - VİDEO

31 Mar, 2020
14:40
23848

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəklər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avtomobil sahiblərinə texniki baxış üçün gələn SMS martın 29-dan sonra üçün nəzərdə tutulubsa, həmin şəxslər əlavə məsuliyyətə cəlb olunmayacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, avtomobil sahiblərinin bu qayda pozuntusu xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcək:

“Texniki baxış prosesi xüsusi karantinin sonuna kimi dayandırılıb. Əgər avtomobil sahiblərinə gələn SMS martın 29-u, saat 00:00-a kimidirsə, onlar bu prosesdən keçməyiblərsə, cərimələnəcəklər”. 

“Sürücülərin narahatlığına ehtiyac yoxdur. Xüsusi karantin başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, maşınlarını texniki baxışdan keçsinlər”, - deyə K.Əliyev qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri