31 
Mar
2020
19:59
53
456
5279
Virtual karabakh

Hicran Hüseynova deputatları onlayn iclasa topladı

31 Mar, 2020
19:59
5279

Hicran Hüseynova deputatları onlayn iclasa topladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib. 

Oxu.Az-ın məlumatına görə, komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan iki məsələni birinci oxunuşda müzakirə ediblər.

Birinci məsələ - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərdir. Bu layihə “Təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

İkinci məsələ Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələridir.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri