31 
Mar
2020
20:33
162
356
5895
Virtual karabakh

Bakı Media Mərkəzindən koronavirusun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək - VİDEO

31 Mar, 2020
20:33
5895

Bakı Media Mərkəzindən koronavirusun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video çarxı hazırlayıb.

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni  videoçarx hazırlayıb.

Video, hazırda dünya üzrə COVID-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub. İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının dost İtaliya xalqına dəstəyi ifadə olunur.

İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.

Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

Həmin videonu təqdim edirik. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

🇦🇿Bakı Media Mərkəzi Covid-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video çarxı hazırlayıb. Bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının, dost İtaliya xalqına dəstəyi ifadə olunur. İzləyicilərə , skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində “ Italiya, Azərbaycan səninlədir!” , “Evdə qalın!” , “ Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur. Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda Covid-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib. 🇬🇧Baku Media Center has produced a video in support of Italy, where the Covid-19 virus has caused serious consequences. This video expresses the support of Azerbaijan and the citizens of Azerbaijan, the friendly people of Italy, who are seriously fighting the pandemic. Violin masters Rovshan Amrahov, Nazrin Aslanli, pianist Saida Tagizade and tenor Farid Aliyev will present one of Italy's favorite musical works, the aria "Nessun Dorma" from Giacomo Puccini's opera Turandot. At the end of the video, which was made with the voluntary participation and accompaniment of Azerbaijani fans of famous Italian football clubs, has wrote in Italian "Italy, Azerbaijan stay with you!" , "Stay at home!" , " Everything will be fine!" #Azerbaijan #Italy #stateacasa #tuttoandràbene #bizbirlikdəgüclüyük #coronasafety #COVID19 #evdəqal #stayathome #BakuMediaCenter

Baku Media Center (@baku_media_center)'in paylaştığı bir gönderi ()

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri