Apr
2020
16:01
129
62
2468
Virtual karabakh

“Kontakt Home” onlayn çatdırılma xidmətinə onlarla yeni işçi cəlb edib

1 Apr, 2020
16:01
2468

“Kontakt Home” onlayn çatdırılma xidmətinə onlarla yeni işçi cəlb edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə öz seqmentində gün ərzində pulsuz çatdırılma xidmətini təmin edən yeganə şəbəkə olan “Kontakt Home” müştərilərin tələbatını qarşılamaq məqsədilə həm Çağrı Mərkəzinə, həm Onlayn Kredit şöbəsinə, həm də Çatdırılma xidmətinə onlarla yeni əməkdaş cəlb edib. 

Satışları www.kontakt.az saytı vasitəsilə həyata keçirən “Kontakt Home” sürətli çatdırılmanı təmin etmək üçün ünvanlara mopedli kuryerlər yollayır. Müştərilərlə minimum əlaqədə olmaq üçün kuryerlər xüsusi maska və əlcəklərdə çatdırılmanı həyata keçirir. Məhsulların saxlanıldığı anbarlar isə mütəmadi olaraq dezinfeksiya edilir.

Alınan mallar Bakı, Sumqayıt, Xırdalan, Abşeron, Gəncə, Masallı, Qəbələdə istənilən ünvana pulsuz çatdırılır.

Bəs daha çox nələr alınır?

İnsanların daha çox evdə vaxt keçirməsi ilə əlaqədar olaraq, elektronika məhsullarına olan maraq artıb. Ən çox tələbat, gözlənildiyi kimi, smartfon, noutbuk və televizorlaradır. Çünki əksər şirkətlər evdən işləmə, məktəblər isə onlayn dərs rejiminə keçib. Ona görə də telefon və noutbuklar indi əvvəlkindən daha çox tələb olunurlar.

Televizor indi evin ən dəyərli əşyasına çevrilib. Evdə sıxılmamaq, sevimli serial və verilişləri izləmək, xəbərlərdən məlumatlı olmaq üçün hər kəs ekran başındadır. Oğlanlar arasında ən çox populyar əşya, şübhəsiz ki, “PlayStation”dur. Bütün futbol çempionatlarının təxirə salındığı bir vaxtda PES və ya FİFA oynamaqdan gözəl nə ola bilər?

Xanımlar arasında böyük məişət texnikasından paltaryuyan maşın, soyuducu, qabyuyan maşın, kiçik məişət alətlərindən mini-sobalar, ətçəkən, mikser, şirəçəkən və blenderlər, təmizlik avadanlıqlarından tozsoran, ütülər daha çox populyardır. Gözlənildiyi kimi, karantin dövründə evdarlıq xanımların hobbisinə çevrilib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimində elektronika və mebel məhsullarına tələbat artıb. İnsanlar karantində olsa belə, market və apteklərdən sonra ən çox elektronika məhsullarına ehtiyac duyur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri