Apr
2020
18:20
294
44
2002
Virtual karabakh

“Gazelli Group” bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi

1 Apr, 2020
18:20
2002

“Gazelli Group” bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gazelli Group” əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyərək, holdinq Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin edib.

Şirkətdən verilən açıqlamada belə qeyd olunub: 

“Kütləvi istehlak məhsullarını istehsal edən irimiqyaslı bir holdinq olaraq, biz vətəndaşlar və dövlətimizə qarşı sosial məsuliyyətimizi dərk edirik və məhz buna görə növbəti addımımız Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin etmək oldu. Yalnız gücümüzü birləşdirərək bu virusun daha çox yayılmasının qarşısını ala və ona qalib gələ biləcəyik. Hal-hazırda əhalinin sağlamlığının qorunması üçün dövlət tərəfindən tətbiq olunan bütün tədbirləri dəstəkləmək çox vacib məsələdir. Şirkətimiz adından bütün vətəndaşları evdə qalmağa, yalnız zəruri hallarda evdən maska və əlcək taxaraq çıxmağa, əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə çağırırıq. Diqqətli olun və sağlam qalın!”. 

Bu sözlərlə bərabər şirkətin nümayəndəsi qeyd edib ki, “Gazelli Group” koronavirusun yayılmasının qarşısını almaq üçün növbəti addımları atmağa hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri