Apr
2020
00:49
57
275
11987
Virtual karabakh

Avtomobil körpüdən aşdı, sahibi qoyub getdi - FOTO/VİDEO

2 Apr, 2020
00:49
11987

Avtomobil körpüdən aşdı, sahibi qoyub getdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.  

Oxu.Az xəbər verir ki qəza Heydər Əliyev prospektində baş verib.  

Hadisə şahidlərinin bildirdiyinə görə, köməkçi yolla yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü dönmə əməliyyatı etmək istəyib. Havanın yağışlı olması qəzanı qaçılmaz edib. Asfalt örtüyünün sulu olması səbəbindən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi Bağırov körpüsünün istinad divarını qıraraq aşıb və tunelə düşüb.  

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir. Sürücü isə hadisə yerindən uzaqlaşıb.  

Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri