Apr
2020
11:30
142
94
6709
Virtual karabakh

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə start verir

2 Apr, 2020
11:30
6709

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə start verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilir.

Nazirlikdən verilən məlumata görə, layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə, məsafədən tədris imkanlarını genişləndirməkdir.

“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək, öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftə içi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək.

Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq, yeni tapşırıqlar əlavə olunacaq.

“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq.

Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Qeyd edək ki, “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri