Apr
2020
14:05
226
132
10146
Virtual karabakh

Karantin zonasında qalanlar FHN əməkdaşlarını belə alqışladılar - VİDEO

2 Apr, 2020
14:05
10146

Karantin zonasında qalanlar FHN əməkdaşlarını belə alqışladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin zonalarına yerləşdirilən şəxslər onlara xidmət göstərənlərin zəhmətini alqışlayıb.

Oxu.Az xəbər verir ki, insanlar karantin müddətində onlara xidmət göstərən Fövqəladə Hallar Nazirliyinin (Xüsusi Riskli Xilasetmə Xidməti) və tibb işçilərinə təşəkkür məqsədilə video çəkiblər.

Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif karantin zonalarında 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan səkkiz nəfərinin vəziyyəti ağır, 11 nəfərinin orta ağır qiymətləndirilir, digərlərinin isə səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri