Apr
2020
14:27
17
220
3153
Virtual karabakh

Bakıda kişi qonşusunu bıçaqladı

2 Apr, 2020
14:27
3153

Bakıda kişi qonşusunu bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, Yeni sahə yaşayış massivində qeydə alınıb. 

Belə ki, sözügedən ünvanda yaşayan Seymur Rəhimov ilə qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyev arasında mübahisə yaranıb. 

Yaranan mübahisə zəminində S.Rəhimov D.Əliyevə qarın nahiyəsindən bir bıçaq zərbəsi ilə xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri