Apr
2020
17:50
382
77
8686
Virtual karabakh

Azərbaycanın daha üç idmançısının koronavirus testi neqativ çıxdı - FOTO

2 Apr, 2020
17:50
8686

Azərbaycanın daha üç idmançısının koronavirus testi neqativ çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantində olan daha üç azərbaycanlı idmançıda koronavirus aşkarlanmayıb.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançıları Yusif Əhmədov, Ramin Kazımov və Müşviq Həzili bu gün evə buraxılıblar.

Hər üç idmançının verdiyi ikinci testin nəticələri mənfi çıxıb. Bu üzdən də onlar qaldıqları karantin rejimli hoteli tərk ediblər.

İdmançılar Macarıstanın paytaxtı Budapeştdən gəldikdən sonra 15 günlük karantinə alınıblar.

Qeyd edək ki, daha əvvəl həmin federasiyanın prezidenti Tarverdi Allahverdiyev, idmançılar – Məhəmməd Allahverdiyev (federasiya rəhbərinin oğlu – red.), Tural Quliyev və Şəms Əhmədova evə buraxılmışdı. 

Hazırda idmançılardan Belarusdan qayıtmış pauerliftinqçi Hafiz Verdiyev, voleybolçular – İsraildən gəlmiş Yuliya Kərimova və Polşadan gəlmiş Marqarita Əzizova xüsusi karantin rejimində saxlanılırlar. H.Verdiyevin yazın günlərdə evə buraxılacağı gözlənilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri