Apr
2020
11:21
21
261
4421
Virtual karabakh

Novxanı sakini: “Virusun tüğyan etdiyi vaxtda belə vəziyyətdə yaşamaq olar?” - VİDEO

3 Apr, 2020
11:21
4421

Novxanı sakini: “Virusun tüğyan etdiyi vaxtda belə vəziyyətdə yaşamaq olar?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novxanı bağları ərazisində yaşayan sakinlər yaşayış massivindəki antisanitar vəziyyətdən şikayət edirlər.

Bu barədə sakinlərin biri tərəfindən Oxu.Az-a ünvanlanan müraciətdə qeyd olunub. Söhbət Bakının Novxanı bağlar massivi adlanan ərazisindən gedir.

Vətəndaş iddia edir ki, məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət olunub, lakin problemlə maraqlanan yoxdur:

“Dəfələrlə gəliblər, zibilləri ya yandırıblar, ya da yarısını kanala töküblər, yarısını isə zibil maşınına yığıb “təmizlik” işi aparıblar. O zibillər yananda günlərlə havadan qoxusu çəkilmir. Binəqədi Rayon İcra Hakimiyyəti ərazi ilə maraqlanmır. Goradil kəndinə gedən yolda zibil qutuları olmadığı üçün hamı məişət tullantılarını bu qutulara atır. Virusun tüğyan etdiyi bir vaxtda belə vəziyyətdə yaşamaq olar? Təsəvvür edin, minlərlə adamın atdığı zibil günlərlə qalıb iylənir. 

Qarşıdan yay fəsli gəlir. Zibil qoxusundan pəncərəni aça bilməyəcəyik. Şəhərdən kənar qəsəbə olduğu üçün ərazidə yaşayan insanlar pintilikdə qalmalıdır?”

Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada məsələnin heç də vətəndaşın iddia etdiyi kimi olmadığı qeyd olunub:

“Vətəndaş tərəfindən redaksiyanıza ünvanlanan şikayət əsassızdır. Qeyd edilən ərazidə mütəmadi olaraq, öncədən təsdiq olunmuş qrafikə uyğun təmizləmə işləri aparılır. Sonuncu dəfə əraziyə ötən gün növbədənkənar baxış keçirilib.

Həmin ərazidə zibil qutularının yerləşdirilməsinə baxmayaraq, sakinlər tərəfindən məişət tullantıları və zibillərin ətraf ərazilərə atılması halları da müşahidə olunur. Sizin vasitənizlə bir daha həmin ərazidə yaşayan sakinlərdən təmizliyin qorunmasında daha həssas və diqqətli olmalarını xahiş edirik”.

“Məişət tullantıları arasında yerində yandırılan zibillər olur. Zibillərin yandırılması vətəndaşları narahat edən məsələ kimi nəzərə alınıb və aidiyyəti üzrə bu barədə məlumat verilib. Bu problemin də aradan qaldırılması təmin olunacaq”, - deyə açıqlamada qeyd olunub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri