Apr
2020
11:30
166
57
1310
Virtual karabakh

“Toyota Qafqaz” koronavirusla mübarizəyə 34000 AZN ayırdı

3 Apr, 2020
11:30
1310

“Toyota Qafqaz” koronavirusla mübarizəyə 34000 AZN ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yapon brendi “Toyota”nın Cənubi Qafqazdakı rəsmi təmsilçisi “Toyota Qafqaz” və onun Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 34000 AZN məbləğində ianə etdi.

Ölkədəki nümayəndəlikdən bunlar qeyd olunub:

“Cəmiyyətin bu çətin vaxtında edə biləcəyimiz ən kiçik yardım maddi dəstəkdir. Bu gün ən vacib məsələ problemə hamımızın məsuliyyətli yanaşmasıdır. Məsafənin qorunması və hökumətin bütün tövsiyələrinin ciddi şəkildə yerinə yetirilməsi ən qısa müddətdə və minimal itkilərlə virus üzərində qələbə üçün hər birimizin verə biləcəyi ən vacib töhfədir.

Fürsətdən istifadə edərək, virusa qarşı mübarizədə ön cəbhədə olan və vəzifələrini yerinə yetirən tibb işçilərinin və bütün dövlət qurumlarının qəhrəmanlıqlarını ayrıca qeyd etmək istəyirik. Belə yüksək peşəkarlığa görə çox sağ olun!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri