Apr
2020
11:34
45
118
3212
Virtual karabakh

“Evdə qalın”: TAC şirkəti evlərə çatdırılma xidmətini davam etdirir - FOTO

3 Apr, 2020
11:34
3212

“Evdə qalın”: TAC şirkəti evlərə çatdırılma xidmətini davam etdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar TAC şirkəti əhalinin karantinə riayət etməsinə kömək etmək üçün şirkət tərəfindən istehsal olunan məhsulların evlərə çatdırılması xidmətinə başlayıb.

Əhaliyə həm 20 litr tutumlu böyük, həm də 0,5-2 litr tutumlu balaca qablaşdırmada yüksək keyfiyyətli təbii “Aquavita” suyunun çatdırılması təklif olunur. Eyni zamanda, istehlakçılar sifarişlərini “Gülüstan” limonadları və “Şahdağ” içkilərinin fərqli çeşidləri ilə şaxələndirə bilərlər.

Məhsulların çatdırılması pulsuzdur.

TAC şirkətinin baş direktoru Arzu Yusifovanın sözlərinə görə, belə bir xidmətin təklif edilməsi zərurəti, pərakəndə satış şəbəkələrində son zamanlarda həddindən artıq yüklənmiş sifarişlər səbəbindən evlərə məhsul çatdırılmasının çətinləşdiyinə görə yaranıb. Çatdırılma xidməti koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən elan olunan karantin vəziyyətində mükəmməl və zəruri olan bir həlldir.

“Ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir! Azərbaycanda koronavirus infeksiyasının ortaya çıxması ilə əlaqədar mövcud çətin vəziyyətdə hər kəs ortaq işə öz töhfəsini verməli, bir-birinə dəstək olmalı və kömək etməlidir. Məhz buna görə vətəndaşlarımıza həm yüksək keyfiyyətli su, həm də müxtəlif içkiləri evdən çıxmadan, birbaşa qapılarına sifariş vermək imkanı yaradırıq!”, - deyə A.Yusifova qeyd edib.

Xidmətdən həm yaşlı insanlar, həm də tənha valideynlər istifadə edə bilərlər. Sifarişlər çatdırılmadan bir gün əvvəl qəbul edilir. Müştərilər çatdırılma şərtləri, məhsul növləri və minimal sifarişın miqdarı barədə məlumatı qeyd olunan telefon nömrələri ilə əlaqə saxlayaraq, əldə edə bilərlər:

012-447-40-06, 012-447-29-70 (80), 055-288-99-01, 050-225-00-77

İstehlakçıların “canlı” təbii su və ekoloji cəhətdən təhlükəsiz sərinləşdirici içkilərlə təmin olunması TAC şirkətinin öz üzərinə götürdüyü və 24 il ərzində müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir.

TAC şirkəti yarandığı ilk gündən etibarən istehsalat prosesində beynəlxalq standartlara və normalara riayət edir. Bunun əsas amilləri - Bakıdan 200 kilometr uzaqlıqda Xaçmaz rayonunun ekoloji təmiz meşə massivində yerləşən 420 metr dərinlikdə artezian quyusundan çıxarılan təbii mənbə suyu və dövlət tərəfindən akkreditə olunmuş və bütün texnoloji proses zəncirinə nəzarət edən şirkətin laboratoriyalarıdır.

Suyun artezian quyusundan hasil olunması, zavoda xüsusi avtosisternlərlə daşınması, xüsusi rezervuar çənlərdə saxlanılması, istehsal zəncirində bütün texnoloji əməliyyatlarının ən müasir avadanlıqlarda və yalnız avtomatik rejimdə keçməsi – təbii mənbədə başlayan və hazır məhsulla bitən prosesdə həyata keçirilən tədbirlərinin tam siyahısı deyil. 

Mexaniki qarışıqlardan üç pilləli təmizlənmə ilə yanaşı, su ultrabənövşəyi şüalarla zərərsizləşdirilir, sanitar-gigiyenik norma və qaydalara riayət edilərək, müxtəlif həcmli qablara doldurulur.

İstehsalatın hər bir etapında - quyu, sistern, rezervuar, hazır məhsul - suyun kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti zavodun nəzdində quraşdırılan xüsusi laboratoriyalar tərəfindən həyata keçirilir. 

Qeyd edək ki, TAC şirkəti əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Azərbaycanda yaradılan ilk şirkətdir. “Suyun keyfiyyəti - həyatın keyfiyyəti!” şirkətin uzun illər ərzində əməl etdiyi əsas şüarıdır ki, daxili bazarda əldə etdiyi uğur və etibar məhz bu yanaşmanın nəticəsidir.

TAC şirkətinin bütün məhsulları - həm  içməli sular, həm müxtəlif sərinləşdirici içkilər, dünyanın aparıcı istehsalçılarından “Krones”, “Husky”, “Universal Aqua” və başqa avadanlıqlar vasitəsilə istehsal olunur.

Məhsulların keyfiyyəti beynəlxalq ISO 9001:2008 və ISO 22000:2005 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın, Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini, həmçinin, müəssisənin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, TAC şirkətinin ərazisində koronavirus infeksiyasının qarşısının alınması üçün kompleks tədbirlər planı hazırlanıb və həyata keçirilib, istehsal zəncirinin bütün mərhələlərində nəzarət gücləndirilib.

“Bütün ölkə üçün bu çətin günlərdə biz də əziz həmvətənlərimizə ölkənin tənzimləyici strukturlarının tövsiyələrini yerinə yetirməyi, gigiyena qaydalarına riayət etməyi və mümkün qədər evdə qalmağı tövsiyə edirik.

Özünüzü və yaxınlarınızı qoruyun!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri