Apr
2020
17:26
286
175
8520
Virtual karabakh

Astarada karantin rejimini pozan şəxs həbs edildi - VİDEO

3 Apr, 2020
17:26
8520

Astarada karantin rejimini pozan şəxs həbs edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada karantin rejiminin qaydalarını pozan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs Astara Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Əmrayev Kənan karantin qaydalarına, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, Lənkəran rayonunun ərazisinə daxil olub. Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək, inzibati qaydada həbs edilib.

Ümumilikdə, bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər barəsində inzibati qaydada tədbirlər görülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri