Apr
2020
14:19
120
228
7636
Virtual karabakh

Gəncədə karantin rejimini pozanlar cərimələndi - VİDEO

3 Apr, 2020
14:19
7636

Gəncədə karantin rejimini pozanlar cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib.

Reyd zamanı bir neçə yanacaqdoldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan işçilərin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri