Apr
2020
18:32
102
377
3333
Virtual karabakh

Niyaməddin Paşayev: “Hər birimiz həmrəy olmalı, qanunlara riayət etməliyik” - VİDEO

Bütün dünya koronavirusdan əziyyət çəkir və bu, bir bəlaya çevrilib.

Bunu Trend-ə açıqlamasında taekvondo üzrə dünya çempionu Niyaməddin Paşayev deyib.

İdman ustası Azərbaycan vətəndaşlarını bu bəladan qorunmaq üçün evdə oturmağa çağırıb:

“Hər birimizə məlumdur ki, bütün dünya koronavirusla əlaqədar itkilər verir. Bizim ölkədə də bu virus sürətlə yayılmaqda davam edir. Demək olar ki, hər gün virusa yoluxanların sayı artır, hətta ölənlər var. Bunun qarşısını almaq üçün hər birimiz həmrəy olmalı, qayda-qanunlara riayət etməliyik. Dövlətimiz koronavirusla bağlı ciddi qabaqlayıcı tədbirlər görüb. Biz də vətəndaş kimi xüsusi karantin qaydalarına əməl etməliyik.

Əzizlərimizi, yaxınlarımızı, dostlarımızı qorumaq üçün onları bu qaydalara riayət etməyə çağırmalıyıq. Əgər qaydaları gözləməsək, öz həyatımızı təhlükəyə atar, dünyanın böyük ölkələri kimi bu xəstəliyin yayılması qarşısında aciz qalarıq. Biz bir-birimizə dəstək olmalı, evdə qalmalı, sağlam olmalıyıq. Əziz dostlar, bacı və qardaşlar, xahiş edirəm, özünüzü düşünmürsünüzsə, valideynlərinizi düşünün. Evdə qalaq, sağlam olaq”.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri