Apr
2020
18:02
185
271
4684
Virtual karabakh

Qaxda karantin rejimini pozan iki şəxs həbs edildi, 31 nəfər cərimələndi

4 Apr, 2020
18:02
4684

Qaxda karantin rejimini pozan iki şəxs həbs edildi, 31 nəfər cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə rast gəlinib.

Belə ki, rejim qaydalarını pozaraq, heç bir zərurət olmadan çöldə gəzən iki Qax rayon sakini - Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin, rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri