Apr
2020
14:12
273
88
4099
Virtual karabakh

Həmid Hacıağayev: “Karantin koronavirusun yayılmasının qarşısını almağın yeganə düzgün üsuludur” - ŞƏRH

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasını “infodemiya” - məlumat pandemiyası adlandırıb. Həqiqətən, COVID-19-un yayılması ilə bağlı dezinformasiyanın həcmi görünməmiş səviyyəyə çatıb. Lakin koronavirusun yoluxması ilə bağlı “həqiqi” rəqəmlər, beynəlxalq anlaşma, yerli tətbiq olunan müalicə üsulları (məsələn, zəncəfil və ya sarımsaqla) ilə yanaşı, insanları çaşdıran digər dezinformasiyalar da var.

Çox vaxt bəzi jurnalistlər və bloqerlər koronavirus haqqında səhv məlumatlar yazırlar. Bu, qəsdən deyil, onların tibb təhsili olmadığı və ya məlumatı araşdırmadıqları üçün belə olur. COVID-19-la bağlı termin və anlayışlar da səhv başa düşülə bilər.

Media.Az yoluxucu xəstəliklər üzrə mütəxəssis Həmid Hacıağayevlə koronavirus mövzusunu əhatə edən tipik KİV səhvləri barədə danışıb.

Ölüm sayı - Ölüm nisbəti

Həkim deyir ki, ölüm sayı ilə ölüm nisbəti fərqli ifadələrdir:

“Ölüm sayı səbəbdən asılı olmayaraq, müəyyən bir bölgədə hər il ölənlərin ümumi sayıdır. Ölüm nisbəti isə müəyyən bir müddət ərzində hansısa bir xəstəlikdən və ya digər sağlamlıq pozğunluğundan ölənlərin sayının eyni diaqnoz qoyulmuş insanların ümumi sayına olan nisbətidir. Məsələn, 1000 nəfər əhalidən 300-ü xəstələnib, 100 nəfər ölsə, xəstəlikdən ölüm sayı 10 faiz, ölüm nisbəti 33 faiz təşkil edəcək”.

Virus DNT və RNT-si

H.Hacıağayev deyir ki, əgər koronavirusun genetik məlumatları haqqında danışırıqsa, onda RNA abbreviaturasından istifadə etməliyik:

“Mən RNT ilə DNT arasındakı fərqi izah etməyəcəyəm, çünki əksər insanlar üçün bunun əhəmiyyəti yoxdur. Simptomları və koronavirusla necə mübarizə aparacağınızı bilməlisiniz. Orta statistik vətəndaşın virus genomu, onun necə və hara nüfuz etməsi haqqında bilməyi lazım deyil, çünki bunu bilsə də, heç nə başa düşməyəcək”.

Daşıyıcı xəstələr

“Daşıyıcı, simptomları olmayan, COVID-19-a yoluxmuş bir insandır, lakin o, virusu uzaqlaşdıra bildiyi kimi, digər insanlara da yoluxdura bilər. Bu cür insanlar xəstəliyi yaya bilsələr də, onları xəstə adlandırmaq düzgün deyil. Xəstə insan isə xəstəliyin hərarət və öskürək kimi digər bütün simptomları və təzahürləri olan koronavirusa yoluxmuş bir insandır”, - həkim deyir.

Koronavirus canlıdır?

H.Hacıağayevin fikrincə görə, viruslara münasibətdə onların canlı olduqlarını dəqiq deyə bilmərik.

“Bir virusun mübadilə və inkişaf, “nəslini davam etdirmək” üçün bir sahibə, daha doğrusu, çoxalması və gələcək mövcudluğu üçün bir mühitə ehtiyacı var. Onlar sahibi olmadan yaşaya bilməzlər. Viruslar hələ də canlı və ya cansız orqanizm kimi təsnif olunmayan maddələrdir.

Sual yaranır: onları orqanizm adlandırmaq olarmı? Bu, genetik materialı və ətrafında qabığı olan bir forma, həmçinin, virusun hüceyrədə infeksiyaya səbəb olması və öz növünün çoxalma mexanizmini işə salmasını təmin etməyə cavabdeh olan xüsusi zülallar, struktur elementlərdir.

Canlı bir orqanizmin genetik materialdan ibarət olması nöqteyi-nəzərindən yanaşsaq, onda virus canlı bir orqanizmdir. Bunun çoxalma qabiliyyətinə sahib canlı orqanizm olduğunu deyə bilmərik. Daha doğrusu, virus öz-özünə arta bilmir, ona daim daşıyıcı lazımdır”, - həkim qeyd edib.

“Tezliklə peyvənd tapılacaq...”

“Peyvənd icad olunsa da, bu, tezliklə istifadə olunmayacaq. Bu, uzun bir prosesdir, peyvənd bütün lazımi testləri keçməli, bazara buraxmadan əvvəl bütün əks təsirləri nəzərə alınmalıdır. Bu mərhələdə ən yaxşı peyvənd bədənin özünün virusla görüşməsidir.

Demək istəyirəm ki, koronavirus peyvəndinə qapılmayın və düşünməyin ki, əgər icad olunmasa, hamımız öləcəyik. Peyvənd hazırlanmasını tələb edən, koronavirus infeksiyasından daha təhlükəli olan bir çox xəstəliklər var”, həkim bildirib.

“Havadan yoluxmaq...”

İnfeksionist koronavirusun hava damcıları ilə ötürüldüyünü vurğulayıb:

“Çöldə gedib nəfəs alacağınız havadan yoluxa bilməzsiniz. Yanınızda COVID-19-a yoluxmuş şəxs və ya virus daşıyıcısının aldığı nəfəs, asqırma və ya öskürəyindən virusun müəyyən “hissələrini” havaya atması ilə yoluxa bilərsiniz. Buna görə karantin tədbirlərinə ehtiyac var. Pəncərəni açsanız, viruslar evə girməyəcək, bu, mümkün deyil”.

“Simptomları olmayan COVID-19 daşıyıcısı təhlükəli deyil...”

“Bu mərhələdə COVID-19 daşıyıcısı da ətrafındakı insanlar üçün təhlükəlidir. Simptomları olan bir xəstə, əlbəttə ki, daha təhlükəlidir, amma tez bir zamanda xəbərdarlıq edib tədbir görmək, həmçinin, daşıyıcılardan fərqli olaraq, statistikanı müəyyən etmək mümkündür.

Bunu etmək üçün mütləq bütün insanları test etmək, iki-üç həftə nəzarətdə saxlamaq, həmçinin, əlaqələrini izləmək lazımdır. Dünyanın heç bir ölkəsində bunu etmək üçün vaxt və ya vəsait yoxdur. Buna görə karantin tədbirləri koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilən yeganə doğru üsuldur. Yeri gəlmişkən, COVID-19 daşıyıcısı koronavirus infeksiyası ilə xəstələnməyə də bilər”, - həkim hesab edir.

“Uşaqlar yoluxmurlar...”

Həkim bunun yanlış olduğunu deyir.

“Hamı xəstələnə bilər. Mövcud məlumatlara görə, uşaqlar, həqiqətən, asanlıqla koronavirus infeksiyasının öhdəsindən gəlirlər. Uşaqlar xəstələnməsələr belə, daşıyıcı ola bilərlər. Buna görə məktəbdə təhsilin ləğvi tövsiyə olunan bir tədbirdir, çünki məktəbdəki uşaqlar təkbaşına deyil, müəllimlərlə birlikdə olur. Bundan əlavə, onları məktəbə aparan və götürən insanlar var. Bu vəziyyətdə infeksiya daha sürətli yayıla bilər”,- deyə Həmid Hacıağayev yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri