Apr
2020
14:33
174
315
6409
Virtual karabakh

Rusiyada qalan azərbaycanlılar vətənə qayıtdı, karantinə yerləşdirildi - FOTO

Azərbaycan və Rusiya arasında əldə olunmuş razılığa əsasən, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayının 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarının qəbulu, ölkə ərazisinə buraxılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib. 

Bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

Bildirilib ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib. 

Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Prezident İlham Əliyevin tapşırığına əsasən, DSX rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb. 

Vətəndaşlar Azərbaycan və Rusiya dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri