Apr
2020
16:42
55
150
2263
Virtual karabakh

Goranboyda silah-sursat aşkarlandı - FOTO

4 Apr, 2020
16:42
2263

Goranboyda silah-sursat aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı oradan iki ədəd 16 kalibrli ov tüfəngi, dörd ədəd avtomat sandığı, bir ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, bir ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri