Apr
2020
16:47
68
176
8346
Virtual karabakh

Əcnəbilər sabahdan küçəyə çıxmaq üçün SMS-i bu formada göndərməlidir - RƏSMİ

4 Apr, 2020
16:47
8346

Əcnəbilər sabahdan küçəyə çıxmaq üçün SMS-i bu formada göndərməlidir - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində 5 aprel 2020-ci il tarixdən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. 

Oxu.Az Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

Məlumatlara görə, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir:

“Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır:
- müvəqqəti və ya daimi yaşayanlar  üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);
- müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
- olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.

Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatların daxil edilməsi vacibdir. 

Müvəqqəti və daimi yaşama icazəsi verilmiş, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.

Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən “919” Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin “Facebook” hesabına göndərə bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri