Apr
2020
11:11
64
193
1882
Virtual karabakh

Xocalı rayon Polis Şöbəsindən aksiya: “Evdə qal” - VİDEO

6 Apr, 2020
11:11
1882

Xocalı rayon Polis Şöbəsindən aksiya: “Evdə qal” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və bir neçə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza, eləcə də aztəminatlı ailələrə “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqatlar verilib.

Həmçinin, onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib.

Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Sovqatları qəbul edən ailələr istər RPŞ-yə, istərsə də rayon İcra Hakimiyyətinə mütəmadi göstərdikləri yardımlara görə, təşəkkürlərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri