Apr
2020
12:58
22
142
5060
Virtual karabakh

Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı

6 Apr, 2020
12:58
5060

Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir SMS-in cavablandırılması 10 dəqiqəyə yaxın müddətdə baş tutur. Sadəcə olaraq, şəbəkənin yüklənməsi, sorğuların çox olması səbəbindən cavab SMS-lərinin göndərilməsi uzana bilər. Biz vətəndaşlarımızı da məlumatdırmışıq ki, göndərdiyiniz SMS-lər bir saat ərzində cavablandırılacaq”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Real” TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, saat intervalı ilə baxanda yaşayış yerini tərk etmə ilə bağlı edilən SMS müraciətində səhər saat 11-dən sonra artım qeydə alınır:

“Axşama doğru SMS-lər azalmağa başlayır. SMS-lə icazəyə başlanan gün sistemin ən çox yüklənməsi halı günorta saat 13:00-da olub. Sistem uğurla çalışır”.

Ü.Mehdiyev SMS sisteminin yaradılması barədə də məlumat verib:

“Bu sistem üç gün ərzində Azərbaycanın yerli informasiya texnologiyaları (İT) mütəxəssisləri tərəfindən yaradılan sistemdir. Bununla bağlı qərar veriləndə Elektron Hökumətin İnkişafı Mərkəzində gecə-gündüz işləməklə bu sistem qurulub”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri