Apr
2020
16:05
294
66
9525
Virtual karabakh

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutuldu - FOTO/VİDEO

6 Apr, 2020
16:05
9525

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq, 20 manata satan şəxs və onun “müştəriləri” saxlanılıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq, 20 manata satan şəxs saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini - “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdən saxta icazə arayışları çap edib. 

O, saxta icazə arayışlarını 20 manata tanışları - paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə satıb. Hər üç şəxs polislər tərəfindən saxlanılıb. Onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

DİN bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri