Apr
2020
00:24
451
61
3900
Virtual karabakh

Gədəbəy polisi söz verdi - Karantin rejimi bitənə kimi sakinlərə yardım ediləcək - FOTO

7 Apr, 2020
00:24
3900

Gədəbəy polisi söz verdi - Karantin rejimi bitənə kimi sakinlərə yardım ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi karantin müddətində sakinlərə yardım ediləcək.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında karantin müddəti başa çatana qədər çörək yardımı edəcək.

Aksiya çərçivəsində sərhədyanı kəndlər başda olmaqla rayonun bütün ərazisindəki qeyd edilən sakinlərə gün ərzində ailə üzvlərinin sayına uyğun çörək paylanılacaq. Ümumilikdə 200-dən çox ailəyə 500-ə yaxın çörək paylanılması nəzərdə tutulub ki, bu da Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi bitənədək davam edəcək.

RPŞ-nin əməkdaşları sovqat aparılan ailələrlə maarifləndirici mövzuda söhbətlər aparıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri