Apr
2020
22:40
472
62
3475
Virtual karabakh

Ağstafa rayonunda yaşı 65-dən yuxarı tənha imkansız şəxslərə bir aylıq ərzaq məhsulları paylanıb - FOTO

6 Apr, 2020
22:40
3475

Ağstafa rayonunda yaşı 65-dən yuxarı tənha imkansız şəxslərə bir aylıq ərzaq məhsulları paylanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçirib.

Aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha imkansız şəxslərə bir aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb. 100-dən artıq ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

🇦🇿 Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçiriblər. Aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha imkansız şəxslərə 1 aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb. 100-dən artıq ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilmiş və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib. Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək məqsədilə həyata keçirilmiş xeyriyyə kompaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və #evdeqal cağrışının təmin olunması məqsədilə təşkil olunub.🙏🛵📦 #bizbirlikdəgüclüyük #Evdəqal #məsafəsaxla #EvdəqalCəmiyyətiqoru #aask

A post shared by Agstafa Agrar Senaye Kompleksi (@agstafaagrarsenayekompleksi) on

Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək üçün həyata keçirilib. 

Xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “evdə qal” çağrışının təmin olunması üçün təşkil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri