Apr
2020
10:16
129
104
4340
Virtual karabakh

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

7 Apr, 2020
10:16
4340

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb.

Oxu.Az-ın məlumatına görə, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri