Apr
2020
17:16
173
142
3067
Virtual karabakh

Bərdədə karantin rejimini pozan beş nəfər həbs edildi, 189 nəfərə xəbərdarlıq olundu

7 Apr, 2020
17:16
3067

Bərdədə karantin rejimini pozan beş nəfər həbs edildi, 189 nəfərə xəbərdarlıq olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə karantin rejimini pozan beş nəfər inzibati qaydada həbs edilib, 189 nəfərə isə xəbərdarlıq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub.

Eləcə də rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir.

Rayon ərazisində qaydaları pozan 56 nəfər barəsində protokol tərtib edilib. Protokollardan doqquzu obyekt sahibi olan şəxslərə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri