Apr
2020
17:28
85
298
14089
Virtual karabakh

“8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı - VİDEO

7 Apr, 2020
17:28
14089

“8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-nin tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq, karantin rejimi qaydalarını kobud şəkildə pozan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. 

Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin, N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli  bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri