Apr
2020
13:22
188
15
2095
Virtual karabakh

Bakıda bir mənzildən iki dəfə oğurluq edən şəxs ələ keçdi

8 Apr, 2020
13:22
2095

Bakıda bir mənzildən iki dəfə oğurluq edən şəxs ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda eyni evdən iki dəfə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, Z.Məmmədov martın 27-də Xətai rayonu, M.Hadi küçəsində yerləşən mənzillərdən birinə eyvanda olan taxta qapıdan daxil olmaqla, yataq otağından 350 manat dəyərində olan bir ədəd “Zinger” markalı tikiş maşını, aprelin 6-da isə eyni mənzildən 50 manat dəyərində “TP-Link” markalı modem aparatı və 750 manat dəyərində olan “Sony” markalı televizoru oğurlamaqda şübhəli bilinir.

Ev sahibinə 1150 manat dəyərində zərər dəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlayıb.

Z.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri