Apr
2020
14:52
201
110
10702
Virtual karabakh

Rasim Balayev: “Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - VİDEO

8 Apr, 2020
14:52
10702

Rasim Balayev: “Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki ay əvvəl Türkiyədə əməliyyat olundum. Bir aydır Bakıya qayıtmışam. Yaxşı ki, vaxtında qayıtdım. Yoxsa indi orada əziyyət çəkərdim. Bəşəriyyəti bürüyən bir virus yayılıb. Oxuyuram, bütün dünyada virusun əlacı axtarılır. Hələ də vaksin tapılmayıb”.

Axşam.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev “Səni axtarıram” verilişində deyib.

Aktyor karantin günlərini necə keçirməsindən söz açıb. O, insanlara səslənərək, onları evdə qalmağa çağırıb:

“Təəssüf edirəm ki, insanların çoxu qulaqardına vurur. Baxıram, yaxınlaşıb söz deyirlər, əli ilə itələyir. Siqareti çəkərək, özünə ziyan edirsən. Amma buna yoluxsan, nə qədər adama ziyan vurursan, olursan virus. Mən də evdən çıxmaq, mağazaya getmək, qohumlarla görüşmək istəyirəm. Amma edə bilmirəm, oturmuşam evdə, kitab oxuyuram.

Bəlkə də, bu, Allahın sınağıdır. Papağını qoy qabağına, düşün, səhvlərini fikirləş, özünə hesabat ver. Bəzisi deyir ki, 65 yaşım yoxdu, immunitetim var, mənə heç nə olmaz. Axı bu virus 15 yaşında gəncdə, körpə uşaqda da olur.

Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl, “hindiyski” görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər, koronavirus olacaq, uzaqdan görüşürmüşlər. Biz isə qucaqlaşırıq, öpüşürük”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri