Apr
2020
17:32
66
297
5010
Virtual karabakh

Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artdı

8 Apr, 2020
17:32
5010

Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, təyinatın sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görülən işlər nəticəsində proqramın əhatə etdiyi ailələrin sayında növbəti artım baş verib.

Qeyd olunduğuna görə, son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9 100 vahid artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır.

Hər ailəyə düşən yardımın orta məbləği 222 manata çatıb.

Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri