Apr
2020
17:43
24
247
2810
Virtual karabakh

Binəqədi rayonu ərazisində qaz yoxdur? - AÇIQLAMA

Paytaxtın Binəqədi rayonu ərazisində əhaliyə qazın verilməsində problemlər yaşanıb.

Oxu.Az xəbər verir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan sakinlər ötən gün axşam saatlarında təbii qazın verilməsinin dayandırılması barədə sosial şəbəkədə paylaşım ediblər.  

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, sözügedən ərazidə dünən axşam qazın təzyiqini tənzimləyən qurğulardan biri sıradan çıxıb:

“Ötən gün axşam saatlarında Binəqədi rayonunun 7-ci, 8-ci mikrorayonlarında, eləcə də Rəsulzadə qəsəbəsinin bir hissəsində təbii qazın verilməsində problem olub. Lakin sakinlərə qazın verilməsi dayandırılmayıb. Alternativ xətdən həmin ərazidə yaşayan sakinlərə təbii qazın verilməsi təmin olunub.

Bu gün səhər saat 11 radələrində sözügedən ərazidə sıradan çıxan qurğunun təmir edilməsi üçün təbii qazın verilməsi bir neçə saatlıq dayandırılıb. Təxminən günorta saatlarından əraziyə təbii qazın verilməsi tam şəkildə bərpa edilib”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri