10 
Apr
2020
10:34
9
159
1932
Virtual karabakh

İmişlidə yaşayış evində partlayış

İmişlidə qaz sızması nəticəsində partlayış baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə ötən gün səhər saatlarında İmişli rayonunun Aranlı kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki,1985-ci il təvəllüdlü İ.Mədətovun yaşadığı ikimərtəbəli evin yataq otağında olan qaz sobasında sızma olub. Ev sahibinin elektrik lampasını yandırması səbəbindən partlayış baş verib. Evin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

İ.Mədətov yanıq xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin arxa səthi, hər iki yuxarı ətrafın, üz və boyun nahiyəsinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

İmişli Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib. 

Faktla bağlı araşdırma başladılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri