10 
Apr
2020
17:19
26
259
7521
Virtual karabakh

Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?

Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində insanların özlərini qorumaları üçün müxtəlif tövsiyələr, videoçarxlar hazırlanır.

Bəs hər kəsin ayrılmaz bir hissəsinə çevrilən smartfonlar necə? Onları dezinfeksiya etmək lazımdırmı?

Oxu.Az xəbər verir ki, "Kaspersky” şirkəti smartfonların nə ilə və necə düzgün dezinfeksiya edilməsi barədə məlumatlar paylaşıb.

Smartfonu koronavirusdan nə ilə və necə qorumaq olar?

Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur.

Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar? Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?

Hazırkı koronavirus (COVID-19) epidemiyası, deyəsən, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq hələ də hamı daha bir faydalı vərdişə  - öz cihazlarını, xüsusən gündə yüz dəfə əlimizə aldığımız və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib. Bunun vacibliyi və necə düzgün edilməli olduğu haqda danışaq.

Telefonu niyə dezinfeksiya etmək lazımdır?

İlk olaraq, unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər – yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə.

Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir – koronavirusun yoluxma müddəti haqda etibarlı məlumatlar hələ də mövcud deyil.

Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə, telefona yalnız əllərimizlə deyil, həm də danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almamaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır.

Smartfonu koronavirusdan necə qorumaq olar?

Məişətdə daha geniş yayılmış məhsullardan etil (C2H5OH) və izopropil spirtləri (C3H7OH), həmçinin, hidrogen peroksid (H2O2) və hipoxlorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.

Smartfonu dezinfeksiya etməyin alternativ variantları:

Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Yaxud telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət yaşaya bilər).

Belə bir üsul çox dəbdə olmasa da, istifadə etmək ziyan gətirməz.

Ən radikal üsul telefondan ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal detoksa kömək edir və ümumiyyətlə, zərərli deyil.

Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqlıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb-saytı və ya təlimat kitabçasından, yaxud birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər.

Nəticə: smartfon dezinfeksiyası üçün tövsiyələr

• Smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın.
• Etil spirti və ya hidrogen peroksidin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyünə zərər verə bilər.
• İzopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir.
• Optimal konsentrasiyası 70-80%-dir.
• Hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri