10 
Apr
2020
14:30
11
111
1117
Virtual karabakh

“NARGIS” jurnalı “Evdə qal” aksiyasına belə dəstək verdi - VİDEO

10 Apr, 2020
14:30
1117

“NARGIS” jurnalı “Evdə qal” aksiyasına belə dəstək verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NARGIS” nəşriyyat evi hər kəs üçün bu çətin günlərdə həmyerlilərimizin qayğısına qalmaq və #EvdəQal aksiyasına dəstək vermək məqsədilə jurnalın rəqəmsal versiyasını oxuculara pulsuz təqdim edir.

“Arzu” mövzusuna həsr olunmuş aprel buraxılışının www.nargismagazine.com - jurnalın rəsmi saytından PDF versiyasını yükləmək mümkündür. Jurnalda aktrisa, model, “Bondun sevgilisi” Olqa Kurilenko ilə eksklüziv müsahibəni oxumaq, yaz mövsümünün dəbli trendləri ilə tanış olmaq, astroloqun aprel ayı üçün proqnozlarını və psixoloqdan faydalı məsləhətləri öyrənmək, dünyanın ən yaxşı tamaşalarının və digər mədəniyyət proqramlarının onlayn rejimdə harada və nə vaxt izlənilməsi barədə məlumat əldə etmək, həmçinin, “Travel Blog Love”, “Nargis” rubrikasını oxuyaraq, xəyali səyahətə çıxmaq olar.

Sizi moda, sənət və mədəniyyət dünyasından maraqlı xəbərlər gözləyir! Bundan başqa, saytda jurnalın arxivi mövcuddur:

“NARGIS” jurnalının istənilən rəqəmsal sayını onlayn oxuya bilərsiniz. Jurnalın tam 70 buraxılışı saytda yerləşdirilib. Koronavirus pandemiyası səbəbindən məcburi təcrid və karantin müddətində jurnalın növbəti buraxılışları da hər kəsə açıq olacaqdır.

“NARGIS” – həyat, mədəniyyət, sənət, moda haqqında jurnaldır. Jurnal 2012-ci ildən bəri çap formatında nəşr olunur və Azərbaycan, rus və ingilis dillərində elektron versiyası mövcuddur. Jurnalın baş redaktoru Ülviyyə Mahmudovadır.

Aktiv yükləmə linki – https://www.nargismagazine.az/#issue_70

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri