10 
Apr
2020
19:51
168
100
21721
Virtual karabakh

Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi - RƏSMİ

10 Apr, 2020
19:51
21721

Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi proseduru müəyyənləşdi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaqdır.

Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin bir nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.

Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri