May
2020
23:06
24
292
7680
Virtual karabakh

Abşeron rayonunda iki avtomobil toqquşub, ölən var - FOTO/VİDEO

5 May, 2020
23:06
7680

Abşeron rayonunda iki avtomobil toqquşub, ölən var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Saray qəsəbəsində qeydə alınıb. 38 yaşlı Elşad Cavadov idarə etdiyi “Lada Priora” markalı avtomobillə Bakı-Saray yolunda hərəkətdə olan zaman 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin gücündən “Saipa”nın sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, aldığı xəsarətlərdən avtomobildə keçinib.

Əraziyə FHN-in Sumqayıt Regional Xidmətinin əməkdaşları cəlb olunub. Firudin Mirişovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı “Lada”nın sürücüsü ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. 

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri