19 
May
2020
15:52
197
87
2875
Virtual karabakh

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyyə olunacaq

19 May, 2020
15:52
2875

Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyyə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq. 

Bunu Report-a açıqlamasında Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib.

“İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın bir-iki saat ərzində sərhədi keçəcəkləri gözlənilir. 

Xatırladaq ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Sərhəd-keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.

Məlumat üçün bildirək ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri