21 
May
2020
15:25
219
64
7224
Virtual karabakh

“Forbes”: “Rusiyanın ən varlı varisi azərbaycanlıdır”

21 May, 2020
15:25
7224

“Forbes”: “Rusiyanın ən varlı varisi azərbaycanlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes”ə görə, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov yenidən Rusiyanın ən varlı varisi seçilib.

“RİA Novosti”nin verdiyi məlumata görə, o, 18 milyard dollarlıq sərvətin sahibidir.

Jurnalın beşinci dəfə yayımladığı reytinqdə birinci yeri hər dəfə Yusif Ələkbərov tutub. Reytinqi müəyyən etmək üçün nəşr milyarderlərin sərvətini onların bütün uşaqları arasında bölür. Siyahıda 20 ailə var, bu il hər uşağa ən azı 2,25 milyard ABŞ dolları hesablanıb. Bu ailələrdə uşaqların ümumi sayı 51-dir.

İkinci yerdə “Novatek”in sahibi Leonid Mixelsonun qızı və oğlu (hər birinə 10,1 milyard dollar), üçüncü yerdə UMMC-nin (Ural Mining and Metallurgical Company) əsas səhmdarı İsgəndər Mahmudovun oğludur (9 milyard dollar).

Keçən illə müqayisədə reytinqdə iki ailədən beş yeni iştirakçı - Dağıstandan olan senator Süleyman Kərimovun oğlu və iki qızı, həmçinin, “Fosagro”nun əsas sahibi Andrey Quryevin oğlu və qızı da yer alır.

Onlar “Alfa” Bankın rəhbəri Pyotr Avenin övladlarını əvəz ediblər. Daha bir yer “Boru Metallurgiya Şirkəti”nin və “Sinara” qrupunun əsas sahibinin oğlu Dmitri Pumpyanski Aleksandra verilib.

“Forbes”in hesablamalarına görə, 16 aprel 2020-ci il tarixinə Rusiyada 103 milyarder qeydə alınıb və onların ümumi sərvəti 439 milyard dollar təşkil edir. “Bu məbləğ övladlarının ümumi sayına bərabər şəkildə bölünsə (281), orta hesabla hər birinə 1,56 milyard dollar düşür”, - deyə nəşr qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri