21 
May
2020
17:57
186
108
9532
Virtual karabakh

Polietilen torbalarla bağlı sənədlərin qüvvəyə minəcəyi vaxt açıqlandı - RƏSMİ

21 May, 2020
17:57
9532

Polietilen torbalarla bağlı sənədlərin qüvvəyə minəcəyi vaxt açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Sənəd dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb:

“Cədvəldə 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, eyni zamanda, həmin ölçüdən çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb”.

“Bu təcrübə bir çox ölkələrdə tətbiq edilir və səmərəli nəticə verəcək”, - deyə nazir qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri